Tuxel: “Onun xoşbəxt olmaması üçün bir səbəb görmürəm”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel futbolçusu Romelu Lukakunun “komandadakı yerimdən narahatam, məşqçi mənə uyğun sistem seçmir” deməsinə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, belçikalı hücumçunun açıqlamasına belə cavab verib:

“Lukakunun bu açıqlaması məni çox təəccübləndirdi. Dürüst olaq, onun dediklərini bəyənmədim. Bu məsələni tez bir zamanda danışıb, həll edəcəyik. Lukakunun xoşbəxt olmaması üçün bir səbəb görmürəm”.

“Çelsi” ilə bu mövsüm 13 oyuna çıxan Lukaku 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button