Tuxel “Real” üzərində qələbəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, 2:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“İlk hissə çətin keçdi. Rəqibin də şansları oldu, bizim də. İkinci hissə çox yaxşı oynadıq. Müdafiədə möhtəşəm çıxış etdik, ikinci qolu daha tez vura bilərdik. Komandamı təbrik edirəm. “Real”ı mübarizədən kənarlaşdırmaq asan deyil. Çünki onlar hər nəticəni dəyişə bilərlər. Çoxlu imkanlarımız olsa da, yalnız ikisini dəyərləndirə bildik.

Ardıcıl iki mövsüm finalda olmaq möhtəşəmdir. Mənim həyatım futboldur. Bu sevgimin arxasınca gedirəm. Belə komandalarda işləmək möhtəşəmdir”.

“Çelsi” iki oyunun nəticəsinə görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). London klubu həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button