“Çelsi” Portuqaliya millisinin qapıçısı ilə maraqlanır
“Çelsi” “Portu”nun qapıçısı Dioqo Kosta ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
London təmsilçisi uzunmüddətli perspektiv üçün etibarlı qapıçı axtarışındadır və portuqaliyalı futbolçunu əsas hədəflərdən biri kimi nəzərdən keçirir. Onun transferi ilə PSJ də yaxından maraqlanır.
“Portu” 26 yaşlı qolkiperi təxminən 60 milyon avro dəyərində qiymətləndirir və hesab edir ki, Kosta dünya çempionatında parlaq çıxış etsə, onun qiyməti daha da arta bilər.
Kosta 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyun keçirib, 27 qol buraxıb və 26 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



