“Çelsi”dən “Benfika”ya 55 milyon avroluq təklif

“Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” 21 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. “Zadəganlar” futbolçunu 18 aylığa icarəyə götürmək üçün Portuqaliya klubuna təklif göndərib. Təklifə Fernandesi 55 milyon avro müqabilində transfer etmək maddəsi də daxil edilib. “Benfika”nın komandadan ayrılmaq istəyən futbolçu üçün “zadəganlar”la razılıq əldə edəcəyi bildirilir.

Fernandesin xidmətində “Mançester Yunayted” və “Vest Hem” də maraqlıdır.

“Benfika”nın yetirməsi olan portuqaliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə 13 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button