“Çelsi”də qalmağım çətin görünür”

Cari mövsümün sonunda “Çelsi” ilə müqaviləsi başa çatacaq Olivye Jiru açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu, karyerası ilə bağlı bunları deyib:

“Çelsi”də qalmağım çətin görünür. Baş məşqçi ilə danışacam, dəyişiklik olacaq. Çünki özümü meydanda ifadə etmək üçün kifayət qədər vaxtım olmur. Hazırda “Çelsi”nin şərəfini qoruyuram, transfer pəncərəsi açılmamışdan əvvəl hələ bir neçə oyun keçirəcəm. Transfer dövründə isə danışıqlar masasına əyləşib, birlikdə ən yaxşı qərarı verəcəyik”.

Fransalı hücumçu, milli komandada az şans qazanması ilə bağlı danışaraq, AÇ-2020-nin onun üçün milli komandada son turnir olacağını da bildirib:

“Tənqid edənlər hər zaman olacaq. Klubla müqayisədə millidə daha az oynamaq şansı qazanıram. Milli komanda ilə bağlı böyük ümidlərimiz var, AÇ-2020 əsas prioritetimizdir. Bu, böyük ehtimalla, milli komanda ilə son turnirim olacaq”.

2018-ci ilin yanvarından “Çelsi”nin şərəfini qoruyan Jiru, cari mövsümdə iştirak etdiyi 7 oyunda 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button