“Çelsi”dən iki futbolçuya müqavilə təklifi

İngiltərənin “Çelsi” klubu iki futbolçusu ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” hücumçu Temmi Abrahamla müqavilənin müddətini uzatmaq qərarına gəlib. Klub, 21 yaşlı futbolçuya 2024-cü ilədək nəzərdə tutulmuş yeni müqavilə təklif edib.

London klubu eyni zamanda, müdafiəçisi Fiyako Tomori ilə də yeni müqavilə imzalamaq üçün danışıqlara start verib.

Hər iki futbolçunun yeni müqavilə təklifinə müsbət yanaşdığı və hazırda onların məvacibləri ilə bağlı danışıqların aparıldığı bildirilir.