“Çelsi” uduzdu, futbolçusu yenidən zədələndi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Bavariya”ya 0:3 hesabı ilə məğlub olan “Çelsi”nin futbolçusu yenidən zədələnib.

Komanda.az xəbər verir ki, londonluların forvardı Temmi Abraham zədəsini yeniləyib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Oyunun 61-ci dəqiqəsində Olivye Jirunun əvəzinə meydana daxil olan futbolçu bir müddətdir zədəli idi. Oyundan sonra, onun zədəsini yenilədiyi və meydanı axsayaraq tərk etdiyi bildirilir.

Klub futbolçunun vəziyyəti ilə bağlı rəsmi məlumat verməyib.