
“Çelsi” “Real”ın futbolçusunu icarəyə götürmək istəyir
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono La Liqanı tərk edərək İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliyi oyunçunu 2025/2026 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.
18 yaşlı yarımmüdafiəçi 2025-ci ilin avqust ayında 45 milyon avroya “River Pleyt”dən “Real”a transfer olunub. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



