
“Çelsi” onun transferini gözdən keçirmir
“Liverpul”un və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts karyerasını “Çelsi”də davam etdirməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia olunanın əksinə, London klubu alman futbolçunun transfer variantını nəzərdən keçirmir.
Beləliklə, 23 yaşlı oyunçunun “Liverpul”da qalacağı gözlənilir. Klub rəhbərliyi və məşqçilər heyəti Virtsə böyük etimad göstərir.
Virts ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda meydana çıxıb, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



