Mareskanın gedişi Sterlinqə düşdü

“Çelsi”nin hücumçusu Rahim Sterlinq baş məşqçi Enzo Mareskanın qovulmasından sonra əsas komandaya qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi bu mövsüm bir oyun belə keçirməyən forvardı əsas heyətə geri qaytarmağı düşünür.

Sterlinq 2022-ci ildən “Çelsi”də oynayır. O, 81 oyunda meydana çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button