“Mançester Siti” “Tottenhem”lə də bacarmadı

Bu gün İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Turun açılış matçında turnir cədvəlində 3-cü və 4-cü sıraları bölüşən “Lester”lə “Çelsi” komandaları qarşılaşıb. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Mövsümün məğlubiyyətsiz lideri “Liverpul” bu turda “Sauthempton”u qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib. “Mançester Yunayted” isə “Vulverhempton”u sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma azarkeşləri qarşısında “Mançester Siti”ni qəbul edib. London klubu son çempionu məğlub yola salıb. “Arsenal” isə “Bernli” səfərindən 1 xalla qayıdıb.

İngiltərə Premyer Liqası, 25-ci tur

1 fevral

Lester – Çelsi 2:2
Qol
: Barnes, 54. Çiluell, 64 – Rudiger, 46; 71.

Bornmut – Aston Villa 2:1
Qol
: Billinq, 37. Ake, 44 – Samata, 70.

Kristal Pelas – Şeffild Yunayted 0:1
Qol
: Quayta, 58-öz qapısına.

Liverpul – Sauthempton 4:0
Qol
: O.Çemberleyn, 47. Henderson, 60. Salah, 72; 90.

Nyukasl – Norviç 0:0

Uotford – Everton 2:3
Qol
: Masina, 10. Pereyra, 42 – Mina, 45+1; 45+4. Uolkott, 90.

Vest Hem – Brayton 3:3
Qol
: Diop, 30. Snodqrass, 45: 57 – Oqbonna, 47-öz qapısına. Qross, 75. Murrey, 79.

Mançester Yunayted – Vulverhempton 0:0

2 fevral

Bernli – Arsenal 0:0

Tottenhem – Mançester Siti 2:0
Qol
: Berqveyn, 63. Son, 71.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button