Lempard ilk baş məşqçi oldu ki…

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Valensiya”ya məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən görüş “zadəganlar”ın baş məşqçisi Frenk Lempard üçün anti-rekordla yadda qalıb. Belə ki, Lempard “Çelsi” tarixində baş məşqçi kimi ÇL-də debüt oyununda məğlub olan ilk mütəxəssis olub.

Lemparddan əvvəl 10 məşqçi debüt oyununda qələbə qazanıb. 1999-cu ildə “zadəganlar”ı çalışdıran Canluka Vialli isə ÇL-də debüt oyununda “Milan”la heç-heçə edib.

Lempard bu yay “Çelsi” ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button