“CBC Sport”un növbəti “problem”i

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun canlı yayımı ilə bağlı problem yaranıb.

Komanda.az xəbər verir ki, “CBC Sport” telekanalı matçı yalnız 25-ci dəqiqədən etibarən yayımlamağa başlayıb. Kanal bu barədə açıqlama yaymasa da, səbəbin yenə texniki problem olduğu ehtimal olunur.

“CBC Sport” həftəiçi UEFA Çempionlar Liqasının yarımfinal oyunu olan “Bayern” – PSJ matçını da texniki problemlər səbəbindən, ümumiyyətlə yayımlaya bilməmişdi. Münhendə keçirilən oyun bir tərəfə, Sumqayıtdakı qarşılaşmanı yarımçıq təqdim etmək artıq telekanalda ciddi problemlər olduğunu göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button