DÇ-2026: “Bu nəsil xüsusidir”

İsveçrə millisinin kapitanı Qranit Caka DÇ-2026-nın 1/8 finalında Kolumbiya yığması üzərində qazanılan qələbədən (0:0, penalti – 4:3) sonra komandanın çıxışını dəyərləndirib.

Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düşünürəm ki, bu nəsil xüsusidir. Daha təcrübəli futbolçular olaraq gənclərə dəstək oluruq və onlara nümunə göstərməyə çalışırıq. Ən vacibi isə qalib mentalitetini ötürməkdir. İsveçrə kimi kiçik ölkə üçün bu səviyyədə hər şeyin mümkün olduğuna inanmaq vacibdir. Əldə etdiklərimizlə fəxr edə bilərik”.

İsveçrə millisi dünya çempionatının 1/4 finalında Argentina yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button