Bu gün “ASK Arena”da AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib.
Komanda.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Cəbrayıl” və “Qusar” komandaları qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, sabah saat 16:00-da “ASK Arena”da digər yarımfinal oyununda “Xan Lənkəran” və “Araz” (Naxçıvan) komandaları qarşılaşacaq.