“Bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta gələcəkdə vətənində – İspaniyada işləmək istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ölkəsini çox sevdiyini deyib:

“Hər zaman düşünürəm ki, nə vaxtsa qayıdacam. Mən ölkəmi çox sevirəm: həyat tərzimizi, ünsiyyətimizi, mədəniyyətimizi. Ona görə də, həmişə bunu beynimdə saxlayıram. Amma mən burada xoşbəxtəm (“Arsenal”da), onların mənə münasibəti xoşuma gəlir və işimdən çox razıyam. Buna baxmayaraq, mənə elə gəlir ki, nə vaxtsa İspaniyaya qayıdacam. Bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm”.

“Arsenal”ın baş məşqçisi İspaniya krallığına göstərdiyi xidmətlərə və beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfəyə görə verilən İspaniya Katolik İzabella ordeni ilə təltif edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button