Skaloni Alvares haqda: “Bunun niyə müzakirə olunduğunu bilmirəm”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının hücumçusu Xulian Alvares ətrafında yayılan xəbərlərə münasibət bildirib.

“Atletiko”nun forvardının adı uzun müddətdir “Barselona”ya mümkün keçidlə əlaqələndirilir. Alvares dünya çempionatının qrup mərhələsində Avstriya yığması ilə oyundan (2:0) sonra “Atletiko”dan ayrılmaq istədiyini açıqlamışdı. Mətbuatda bu açıqlamanın Argentina millisinin baş məşqçisini qəzəbləndirdiyi iddia olunsa da, Skaloni bunu təsdiqləməyib.

Komanda.az “Albiceleste Talk”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis yayılan xəbərlərlə bağlı bunları deyib:

“Bunun niyə müzakirə olunduğunu bilmirəm. Bütün futbolçularımız Argentina millisinə və dünya çempionatına kökləniblər. Onların hamısı klub işləri ilə millidəki öhdəliklərini bir-birindən ayırmağı bacaran yetkin insanlardır. Mən onların diqqətinin yayınacağına inanmıram”.

Argentina millisi iyulun 4-də, DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığması ilə qarşılaşacaq. Matçın start fiti saat 02:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button