“Yuventus”un dərdi nədir?

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi “Salernitana” ilə oyundan (2:2) sonra komandanın problemlərindən danışıb.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, “Yuventus” üçün istirahətin yolverilməz olduğunu deyib:

“Yuventus” üçün istirahət etmək yolverilməzdir. Yalnız qələbə olmalıdır, oyunçular bunu başa düşməlidirlər. Biz bir bütöv olmağı dayandırdığımız zaman problemlər yaranır. “Yuventus”un problemi mentalitetdədir”.

Dünən keçirilən qarşılaşmadan sonra “Yuventus” 10 xalla turnir cədvəlində 7-ci, “Salernitana” 7 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button