“Leyptsiq” də yeni mövsümə darmadağınla başladı

Almaniya Bundesliqasında 2019/20 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk turun oyunları 3 günü əhatə edib. Son çempion “Bavariya” mövsümün açılış oyununda “Herta”nı qəbul edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Ötən mövsümün gümüş medalçısı “Borussiya” (Dortmund) isə “Auqsburq”la qarşılaşıb. Oyunda Dortmund təmsilçisi darmadağınla 3 xalı qazanıb.

Turun mərkəzi oyununda Münhenqladbax “Borussiya”sı “Şalke” ilə qolsuz bərabərə qalıb.

Son gündə iki oyun baş tutub. Frankfurt “Ayntraxt”ı doğma meydanda “Hannover”i minimal hesabla üstələyibsə, “Leyptsiq” səfərdə “Yunion Berlin”i darmadağın edib.

Almaniya Bundesliqası, 1-ci tur

16 avqust

Bavariya – Herta 2:2
Qol:
Levandovski, 24, 60 – Lukebakio, 36. Qruyiç, 38.

17 avqust

Bayer – Paderborn 3:2
Qol:
Beyli, 10. Haverts, 19. Volland, 69 – Mişel, 15. Mamba, 25.

Borussiya D – Auqsburq 5:1
Qol:
Alkaser, 3; 59. Sanço, 51. Roys, 57. Brandt, 82 – Niderlexner, 1.

Frayburq – Maynts 3:0
Qol:
Holer, 81. Şmidt, 83. Valdşmidt, 87-pen.

Verder – Fortuna D 1:3
Qol:
Eqqesteyn, 47 – Henninqs, 36. Karaman, 52. Ayhan, 64.

Volfsburq – Köln 2:1
Qol:
Arnold, 16. Veqorst, 60 – Terodde, 90+1.

Borussiya M – Şalke 0:0

18 avqust

Ayntraxt F – Hannover 1:0
Qol
: Hinteregger, 1.

Yunion – Leyptsiq 0:4
Qol
: Halstenberq, 16. Sabitzer, 31. Verner, 42. Nkunku, 69.