“Buna layiq deyiləm” – Zidan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan komandadan mümkün ayrılığı barədə danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, istefa verib-verməyəcəyi ilə bağlı bunları deyib:

“Cari mövsümdə titullar uğrunda mübarizə aparmaq şansımız var. Hər pis oyun, uğursuz nəticədən sonra mənim ayrılığımla bağlı suallar verilir. Buna layiq deyiləm. Bu məsələdə mənə hörmət göstərilməsini istəyirəm. Mövsümün sonunda uğursuz olsam, onda bu barədə düşünüləcək. Hər zaman bütün məsuliyyəti öz üzərimə götürmüşəm”.