Rəsmi: Buffon “Yuventus”a qayıtdı FOTO

“Yuventus” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi qapıçı Canluici Buffonla razılıq əldə edib. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. Buffon artıq tibbi müayinədən keçmək üçün Turin şəhərinə gəlib.

Peşəkar karyerasına “Parma”da başlayan, 2001-2018-ci illər aralığında “Yuventus”da çıxış edən Buffon, ötən yay PSJ-yə transfer edilmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionu və superkubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button