“Bu xəbərlərin hamısı yalandır” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsümün sonunda “Barselona”ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu iddiaları təkzib edib: 

“Bu xəbərlərin hamısı yalandır. Yayılan şayiələrə görə təəssüflənirəm. Hazırda “Arsenal”a köklənmişəm. Burada görəcəyimiz çox iş var”.

Kataloniya təmsilçisinin hazırkı baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button