“Bu tempi saxlamalıyıq” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Çətin oyun idi. Hər iki komanda eyni situasiyada idi. Bərabərlik onları qane edirdi. Biz isə qələbə istəyirdik. Qarşıda bir neçə oyunumuz var. Bu həftə çox çətin keçdi. Qışdan sonra qələbə qazana bilmirdik. Futbolçularım sınmadı, əsas buna sevinirəm. Rəhbərlik də mənə dəstək oldu, azarkeşlərimiz məşqlərə gəldi. Çalışdıq futbolçuları oyuna yaxşı hazırlaşdıraq. Bəzi epizodlarda həyəcan hiss olunurdu. Qələbə istəyirdik və qazandıq. Qarşıda oyunlar var. Sona qədər mübarizə aparacağıq.
  • Komanda mövsümün ən yaxşı oyunlarından birini keçirdi. Əvvəlki oyunlarda nə çatmırdı?
  • “Qarabağ”la oyunda da pis oynamamışdıq. Sadəcə, ustalıq fərqi özünü göstərdi. Bizə vaxt lazımdı. İstəyirəm ki, gündən-günə daha yaxşı olaq. Bu tempi saxlamalıyıq.
  • Bu qələbə komandanın “qara zolaq”dan çıxması üçün yetərli olacaq?
  • Bu qələbə bizi daha əzmkar etməlidi. Qarşıda kubok oyunumuz var. Bu oyunda nəticə pis olsaydı, bizə çətin olacaqdı. İndi qarşıdakı oyunlara daha yaxşı motivasiya ilə hazırlaşacağıq. Kubok oyunundan əvvəl bu qələbə bizim üçün çox vacib idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button