‘Bu qələbə mənim üçün çox şey deməkdir” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalının “Arsenal”la cavab oyununda (1:0) komandasının çıxışı barədə fikirlərini bildirib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, oyunçularının çıxışı ilə qürur duyduğunu deyib:

“Bu qələbə mənim üçün çox şey deməkdir. Birinci hissə şahmat oyununa bənzəyirdi: heç kim ilk addımı atmaq, heç kim səhv etmək istəmirdi. İkinci hissə daha yaxşı keçdi. Cəsarət göstərdik və qələbəyə layiq olduq. Mən komandanın səyindən qürur duyuram”.

Qarşılaşmanın taleyini 63-cü dəqiqədə Coşua Kimmixin vurduğu qol həll edib. Ötən həftə komandalar arasında Londondakı ilk oyun heç-heçə ilə nəticələnib (2:2).

“Bayern” yarımfinalda “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button