“Bu prosesi uğurla geridə qoyduq” – Emil Balayev

Qazaxıstanın “Tobol” klubunun futbolçusu Emil Balayev ölkə çempionatının 15-ci turunda “Okjetpes”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Azərbaycan millisinin üzvü 2:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. “Kaysar”la görüşdən sonra bərpa olunmaq üçün az vaxtımız var idi. Ancaq uşaqlar yaxşı iş gördü. Çünki onlar matça kökləndilər və azarkeşlərimizə yaxşı oyun göstərdilər. Mərkəzi Arenanın atmosferini çox sevdiyimi qeyd etmək istəyirəm. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm.

Süni və təbii örtük arasında hər zaman bir fərq var. Uyğunlaşmaq üçün bir neçə həftədi hazırlıq keçirik. Oyundan əvvəlki məşqimizi də Mərkəzi Arenada keçdik. Düşünürəm ki, artıq hər kəs bu stadiona uyğunlaşıb. Bu prosesi uğurla geridə qoyduq. Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu. Külək və hava şəraiti oyuna təsir etmədi və hər şey qaydasında idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button