“Bu oyunçular böyük peşəkarlar deyillər” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin komandanın sabiq futbolçusu Nemanya Matiçin sözlərinə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Matiç əvvəllər keçmiş komanda yoldaşları olan Ceydon Sanço və Pol Poqbanın tez-tez məşqə gecikdiyini deyib. Roy Kin onun sözlərinə bu cür münasibət bildirib:

“Matiçin bu oyunçuların adlarını çəkməsinə təəccüblənmədim. Hamı bilir ki, bu oyunçular böyük peşəkarlar deyillər”.

Baş məşqçi Erik ten Haqla münaqişədən sonra Sanço sentyabrın əvvəlindən bir dəfə də olsun komandada oynamayıb. “Yuventus”un formasını geyinən Poqba dopinq testinin nəticəsi müsbət çıxdığı üçün cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button