“Bu mövsüm kubok qazana bilməsək…” – “Liverpul”un futbolçusu

İngiltərə Premyer Liqasında çempionluq yarışında “Mançester Siti”yə məğlub olaraq, mövsümü ikinci pillədə bitirən və Çempionlar Liqasında finala yüksələn “Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, mövsümü titulla bitirmək istədiklərini deyib:

“Ümumi olaraq, yaxşı bir mövsüm keçirdik. Bu mövsüm kubok qazana bilməsək, heyif olar. Xüsusi ilə də, mövsüm boyunca sabit və yaxşı oynadığımızı düşünürəm. Azı bir kuboka layiqik”.

Hollandiyalı futbolçu, “Tottenhem”lə keçirəcəkləri Çempionlar Liqasının final matçı haqqında da danışıb:

“Hazırda hər şey bizim əlimizdədir. Mövsümü kubokla tamamlaya bilərik. Bu mövsüm belə bir sona layiqdir. Bunu bacarmaq üçün hər şey edəcəyik, amma çətin olacaq”.