
Bu gün UEFA Konfrans Liqasının qalibi məlum olacaq
Bu gün UEFA Konfrans Liqasının qalibi məlum olacaq.
Komanda.az xəbər verir ki, final matçında İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcək.
Oyun Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FİFA referisi Mauritsio Mariani idarə edəcək.
UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



