“Mançester Siti” və “Real” da yarımfinalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Fransa PSJ-si doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda PSJ 3:2 hesablı qələbə qazanmışdı. Bu qarşılaşma Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Lakin bu, PSJ-ni mübarizədən kənarlaşdırmaq üçün yetərli olmayıb.

Günün digər matçında İngiltərənin “Çelsi” komandası Portuqaliya “Portu”su ilə qarşılaşıb. Görüş koronavirus pandemiyası səbəbindən İspaniyada, “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. “Çelsi” ilk oyunda səfərdə “Portu”nu 2:0 hesabıyla məğlub etmişdi və növbəti mərhələyə daha yaxın görünürdü. Bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər, lakin yarımfinala İngiltərə klubu yüksəlib.

1/4 final mərhələsinin digər cavab oyunları bu gün keçirilib. İngiltərənin “Liverpul” komandası doğma meydanda İspaniya “Real”ını qəbul edib. Komandalar arasındakı ilk görüşdə “Real” 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə qapılara qol vurulmayıb.

Günün digər matçında turnirin favoritlərindən olan “Mançester Siti” Almaniyada “Borussiya”nın (Dortmund) qonağı olub. Komandalar arasındakı ilk oyunda “şəhərlilər” 2:1 hesabıyla qələbə qazanmışdı. Elə bu oyunda da ingilislər oxşar hesabla qalib gəliblər.

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

13 aprel

PSJ (Fransa) – Bavariya (Almaniya) 0:1
Qol:
Şupo-Motinq, 40.
İlk oyun – 3:2

PSJ: Navas, Diallo, Kimpembe, Danilo, Daqba, Paredes, Queye, Draksler, Neymar, Di Mariya, Mbappe.
Bavariya: Noyer, Pavar, Boatenq, Ernandes, Deyvis, Kimmix, Alaba, Sane, Müller, Koman, Şupo-Motinq.

Çelsi (İngiltərə) – Portu (Portuqaliya) 0:1
Qol: Taremi, 90+4.
İlk oyun – 2:0

Çelsi: Mendi, Aspilikueta, Çilluel, Haverts, Ceyms, Jorjinyo, Kante, Maunt, Pulişiç, Rudiger, T.Silva.
Portu: Marçesin, Korona, Qruyiç, Manafa, Mareqa, Mbemba, Otavio, Pepe, Sanusi, S.Oliveyra, Uribe.

14 aprel

Liverpul (İngiltərə) – Real (İspaniya) 0:0
İlk oyun – 1:3

Liverpul: Alisson, Robetson, Kabak, Filips, Aleksander-Arnold, Milner, Fabinyo, Veynaldum, Mane, Firmino, Salah.
Real: Kurtua, Valverde, Militan, Naço, Mendi, Modriç, Kazemiro, Kroos, Asensio, Benzema, J.Vinisius.

Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qol: Bellingem, 15 – Mahrez, 55. Foden, 75.
İlk oyun – 1:2

Borussiya: Hits, Gerreyro, Hummels, Akanji, Bauza, Dahud, E.Can, Bellingem, Roys, Haland, Knauff.
Mançester Siti: Ederson, Uolker, Stounz, Dias, Zinçenko, De Bruyne, Rodri, İ.Gündoğan, Mahrez, B.Silva, Foden.