“İnter” darmadağınla finalda!

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Mançester Yunayted”lə “Sevilya” üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə başa çatıb. Əzmkar qələbəyə sevinən İspaniya təmsilçisi isə ilk finalçı olub.

Yarımfinalın digər görüşü bu gün keçirilib. İtaliya “İnter”i Ukraynanın “Şaxtyor” klubuyla qarşılaşıb. Donetsk təmsilçisini 5 cavabsız qolla yenən Milan klubu finala yüksəlib.

Avropa Liqasında oyunlar koronavirus pandemiyasına görə Almaniyada keçirilir və bir matçdan ibarətdir.

Avropa Liqası, yarımfinal mərhələsi

16 avqust

Sevilya (İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol
: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.

17 avqust

İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 5:0
Qol
: L.Martines, 19; 74. D`Ambrosio, 64. Lukaku, 78; 84.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button