“Qarabağ” Kiprdən heç-heçə ilə qayıdır

Bu gün Konfrans Liqasının 3-cü mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Ağdam təmsilçisi Kiprdə AEL-lə qarşılaşıb. Larnakada keçirilən görüşdə heç-heçə qeydə alınıb.

Komandalar arasındakı cavab matçı avqustun 12-də, Bakıda olacaq.

Konfrans Liqası, 3-cü mərhələ, ilk oyunlar

5 avqust

AEL (Kipr) – Qarabağ 1:1
Qol: S.Şçepoviç, 69-pen – A.Zubir, 90+3.
Baş hakim:
Qlenn Nyuberq (İsveç)

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Şçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski.
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brian Pele, 77. Matko Babiç.
Baş məşqçi: Duşan Kerkez.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.