Turin derbisində heç-heçə, “İnter”dən qələbə

Bu gün İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün oynanılıb. Açılış matçında “Milan” doğma meydanda “Sampdoriya”nı qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb.

Turin derbisində “Yuventus” “Torino”nun müqavimətini qırmağa çalışıb. Lakin bu oyun da bərabərliklə bitib. “Roma” çətin “Sassuolo” səfərindən 1 xalla dönüb. “Latsio” isə “Spetsiya” ilə ev oyunundan qalib ayrılıb. Turun son matçında lider “İnter” səfərdə “Bolonya” ilə qarşılaşıb. Milan təmsilçisi bu oyundan da qələbə ilə ayrılıb.

İtaliya A Seriyası, 29-cu tur

3 aprel

Milan – Sampdoriya 1:1
Qol
: Hauqe, 87 – Kvalyarella, 57.

Atalanta – Udineze 3:2
Qol
: Muriel, 19; 43. Sapata, 61 – Pereyra, 45. Larsen, 71.

Benevento – Parma 2:2
Qol
: Qlik, 23. İonita, 67 – Kurtiç, 55. Man, 88.

Latsio – Spetsiya 2:1
Qol
: Lazzari, 56. Kaysedo, 88-pen – Verde, 73.

Kalyari – Verona 0:2
Qol
: Barak, 54. Lasanya, 90+9.

Cenoa – Fiorentina 1:1
Qol
: Destro, 13 – Vlahoviç, 23.

Napoli – Krotone 4:3
Qol
: İnsinye, 19. Osimhen, 22. Mertens, 34. Di Lorenso, 72 – Simi, 25; 48. Messias, 59.

Sassuolo – Roma 2:2
Qol
: Traore, 57. Raspadori, 85 – Pelleqrini, 26-pen. B.Peres, 69.

Torino – Yuventus 2:2
Qol
: Sanabriya, 27; 46 – Kyeza, 13. Ronaldo, 79.

Bolonya – İnter 0:1
Qol
: Lukaku, 32.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 24 qol.