“Milan”a 1 qol bəs etdi

İtaliya A Seriyasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Açılış oyununda “Parma” və “Verona” komandaları üz-üzə gəlib. Qonaqlar bu oyundan minimal hesabla qələbə qazanıblar.

Turnir cədvəlində 2-ci sırada yer alan “İnter” səfərdə “Breşiya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Lider “Yuventus” isə “Cenoa”nı qəbul edib. Turin təmsilçisi bu görüşdə çətin qələbəyə sevinib. “Fiorentina” da səfərdə “Sassuolo”nu oxşar hesabla məğlub edib.

“Roma” səfərdə “Udineze”ni, “Latsio” isə evdə “Torino”nu 4 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” doğma azarkeşləri qarşısında “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirib və xal itkisi ilə üzləşib.

Sonuncu oyun günündə “Milan” doğma meydanda SPAL üzərində qələbəyə sevinib.

İtaliya A Seriyası, 10-cu tur

29 oktyabr

Parma – Verona 0:1
Qol
: Lazoviç, 10.

Breşiya – İnter 1:2
Qol
: Skriniar, 76-öz qapısına – L.Martines, 23. Lukaku, 63.

30 oktyabr

Napoli – Atalanta 2:2
Qol
: Maksimoviç, 16. Milik, 71 – Freuler, 41. İliçiç, 86.

Kalyari – Bolonya 3:2
Qol
: J.Pedro, 48; 8. Simeone, 72- F.Santander, 23. Olsen, 90+1-öz qapısına.

Yuventus – Cenoa 2:1
Qol
: Bonuççi, 36. Ronaldo, 90+5-pen – Kouame, 41.

Latsio – Torino 4:0
Qol
: Açerbi, 25. İmmobile, 33; 70. Belotti, 90-öz qapısına.

Sampdoriya – Leççe 1:1
Qol
: Ramires, 90+2 – Lapadula, 8.

Sassuolo – Fiorentina 1:2
Qol
: Boqa, 24 – Kastrovilli, 63. Milenkoviç, 81.

Udineze – Roma 0:4
Qol
: Zaniolo, 14. Smollinq, 51. Kluyvert, 54. Kolarov, 65-pen.

31 oktyabr

Milan – SPAL 1:0
Qol
: Suso, 63.

Bombardir: Çiro İmmobile (Latsio) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button