“Liverpul”dan səfər qələbəsi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin 16-cı sırasında qərarlaşan “Nyukasl” komandası doğma meydanda “Aston Villa”nın müqavimətini qırmağa çalışıb. Lakin tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Lider “Mançester Siti” səfərdə “Fulhem”lə qarşılaşıb və darmadağınla qalib gəlib. “Çelsi” bu turda çətin “Lids” səfərinə yollanıb və heç-heçəyə razılaşıb. “Everton”un evdə “Bernli”yə uduzduğu gündə “Kristal Pellas” da “Vest Bromviç” üzərində qələbəyə sevinib.

“Mançester Yunayted” isə Londonun “Vest Hem” komandasını sınağa çəkib və minimal hesabla üstün olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” öz meydanında “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

Turun qapanış matçında da “Liverpul” “Vulverhempton”un qonağı olub. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.

İngiltərə Premyer Liqası, 28-ci tur

12 mart

Nyukasl – Aston Villa 1:1
Qol
: Lassells, 90+4 – Uotkins, 86.

13 mart

Lids – Çelsi 0:0

Kristal Pelas – Vest Bromviç 1:0
Qol
: Milivoyeviç, 37-pen.

Everton – Bernli 1:2
Qol
: Kalvert, 32 – Vud, 13. Maknil, 24.

Fulhem – Mançester Siti 0:3
Qol
: Stounz, 47. Q.Jezus, 56. Aquero, 60-pen.

14 mart

Sauthempton – Brayton 1:2
Qol
: Adams, 27 – Dank, 16. Trossard, 56.

Lester – Şeffild Yunayted 5:0
Qol
: İheanaço, 39; 69; 78. A.Peres, 64. Ampadu, 80-öz qapısına.

Arsenal – Tottenhem 2:1
Qol
: Edeqor, 44. Lakazette, 64-pen – Lamela, 33.

Mançester Yunayted – Vest Hem 1:0
Qol
: Douson, 53-öz qapısına.

15 mart

Vulverhempton – Liverpul 0:1
Qol
: Jota, 45+2.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button