“Liverpul”dan növbəti qələbə

İngiltərə Premyer Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Son turda “Kristal Pelas”la oyunda xal itirən “Mançester Siti” bu dəfə “Şeffild Yunayted”in qonağı olub və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Arsenal”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Daha dramatik alınan “Everton” – “Nyukasl” matçında da qapılara 4 qol vurulub və heç-heçə qeydə alınıb. Qonaqlar hər iki qolu matçın son saniyələrində vurublar.

İkinci oyun günündə “Lester” “Vest Hem”i, “Tottenhem” isə “Norviç”i məğlub yola salıb. “Mançester Yunayted” də doğma meydanda “Bernli” ilə münasibətlərinə aydınlıq gətirib. “Qırmızı şeytanlar” bu görüşdə 2 cavabsız qolla məğlub olublar.

Lider “Liverpul” isə bu turda “Vulverhempton” səfərinə yollanıb və növbəti qələbəsini qazanıb.

İngiltərə Premyer Liqası, 24-cü tur

21 yanvar

Aston Villa – Uotford 2:1
Qol
: D.Luis, 68. Konsa, 90+5 – Dini, 38.

Bornmut – Brayton 3:1
Qol
: Uilson, 36; 74. Qross, 41-öz qapısına – Muy, 81.

Kristal Pelas – Sauthempton 0:2
Qol
: Redmond, 22. Armstronq, 48.

Everton – Nyukasl 2:2
Qol
: Kin, 30. Levin, 54 – Lejen, 90+4; 90+5.

Şeffild Yunayted – Mançester Siti 0:1
Qol
: Aquero, 73.

Çelsi – Arsenal 2:2
Qol
: Jorjinyo, 28-pen. Aspilikueta, 84 – Martinelli, 63. Belyerin, 87.

22 yanvar

Lester – Vest Hem 4:1
Qol
: Barnes, 24. R.Pereyra, 45+5. A.Peres, 81; 88 – Noble, 50-pen.

Tottenhem – Norviç 2:1
Qol
: D.Alli, 38. Son, 79 – Pukki, 70-pen.

Mançester Yunayted – Bernli 0:2
Qol
: Vud, 39. X.Rodriqes, 56.

23 yanvar

Vulverhempton – Liverpul 1:2
Qol
: R.Ximenes, 51 – C.Henderson, 8. Firmino, 84.

Bombardir: Ceymi Vardi (Lester) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button