“Mançester Yunayted” doğma meydanda xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Çempion “Liverpul” bu turda “Bernli”ni qəbul edib. Bu görüşdə heç-heçə qeydə alınıb. “Mançester Siti” isə səfərdə “Brayton”un qonağı olub və darmadağına sevinib. “Çelsi” isə çətin “Şeffild Yunayted” səfərinə yollanıb. London təmsilçisi bu oyunda darmadağına üzülüb.

Bazar günü dörd qarşılaşma tutub. Bu oyunların hamısında qələbəni meydan sahibləri bayram ediblər. “Vulverhempton” “Everton”u, “Aston Villa” “Kristal Pelas”ı, “Bornmut” “Lester”i məğlub yola salıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. Son turlarda uğursuz çıxış edən “Tottenhem” doğma meydanda “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. London derbisində də meydan sahibləri qələbə qazanan tərəf olub.

Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Mançester Yunayted” “Sauthempton”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası, 35-ci tur

11 iyul

Norviç – Vest Hem 0:4
Qol
: Antonio, 11; 45+1; 54; 74.

Uotford – Nyukasl 2:1
Qol
: Dini, 52-pen; 82-pen – Qeyl, 23.

Liverpul – Bernli 1:1
Qol
: Robertson, 34 – Rodriqes, 69.

Şeffild Yunayted – Çelsi 3:0
Qol
: Makqoldik, 18; 77. Makbörni, 33.

Brayton – Mançester Siti 0:5
Qol
: Sterlinq, 21; 53; 81. Q.Jesus, 44. B.Silva, 57.

12 iyul

Vulverhempton – Everton 3:0
Qol
: R.Ximenes, 45+2-pen. Dendonker, 46. Jota, 74.

Aston Villa – Kristal Pelas 2:0
Qol
: Trezeqe, 45+4; 59.

Tottenhem – Arsenal 2:1
Qol
: Son, 19. Alderveyreld, 81 – Lakazette, 16.

Bornmut – Lester 4:1
Qol
: Stanislas, 65. Solanke, 67; 87. Evans, 83-öz qapısına – Vardi, 23.

13 iyul

Mançester Yunayted – Sauthempton 2:2
Qol
: Reşford, 20. Marsyal, 23 – Armstronq, 12. Obafemi, 90+7.

Bombardir: Ceymi Vardi (Lester) – 23 qol.