“Tottenhem”ə bir qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Turun açılış matçında autsayder “Norviç” “Brayton”u qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla üstün olublar.

“Çelsi” “Uotford”u, “Mançester Yunayted” isə “Bornmut”u məğlub yola salıb. “Lester” də “Kristal Pelas”dan üstün olub. Səfərdə “Vulverhempton”la qarşılaşan “Arsenal” da turu qələbəylə başa vurub.

Çempionluğu rəsmiləşən “Liverpul”, bu turda “Aston Villa”nı sınağa çəkib və inamlı qələbəyə sevinib. “Mançester Siti” isə səfərdə “Sauthempton”la qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.

Turun maraqla gözlənilən qarşılaşmasında Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” öz meydanında “Everton”u qəbul edib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

İngiltərə Premyer Liqası, 33-cü tur

4 iyul

Norviç – Brayton 0:1
Qol
: Trossard, 25.

Lester – Kristal Pelas 3:0
Qol
: İheanaço, 49. Vardi, 77; 90+4.

Mançester Yunayted – Bornmut 5:2
Qol
: Qrinvud, 29; 54. Reşford, 35-pen. Marsyal, 45+2. B.Fernandes, 59 – Stanislas, 115. Kinq, 49-pen.

Vulverhempton – Arsenal 0:2
Qol
: Saka, 43. Lakasette, 86.

Çelsi – Uotford 2:0
Qol
: Jiru, 28. Villian, 43-pen.

5 iyul

Bernli – Şeffild Yunayted 1:1
Qol
: Tarkovski, 43 – Eqan, 80.

Nyukasl – Vest Hem 2:2
Qol
: Almiron, 17. Şelvi, 67 – Antonio, 4. Souçek, 65.

Liverpul – Aston Villa 2:0
Qol
: Mane, 71. Cons, 89.

Sauthempton – Mançester Siti 1:0
Qol
: Adams, 16.

6 iyul

Tottenhem – Everton 1:0
Qol
: M.Kin, 24-öz qapısına.

Bombardir: Ceymi Vardi (Lester) – 20 qol.