“Everton” səfərdən 1 xalla döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Fulhem” doğma meydanda “Vulverhempton”u qəbul edib. Qonaqlar bu oyunda son dəqiqə qolu ilə qələbə qazanıblar.

Lider “Mançester Siti” bu turda “Lids”i qəbul edib. “Şəhərlilər” bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər. “Liverpul” isə “Aston Villa” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. Ötən tur doğma meydanda autsayder “Vest Bromviç”ə uduzan “Çelsi”, bu dəfə “Kristal Pelas”la səfər oyununda darmadağına sevinib.

“Nyukasl” səfərdə “Bernli” üzərində qələbəyə sevinibsə, “Lester Siti” “Vest Hem”lə səfər oyunundan məğlub ayrılıb. “Arsenal” isə “Şeffild Yunayted”lə səfər oyununda darmadağınla qələbə qazanıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” burada “Mançester Yunayted”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası, 31-ci tur

9 aprel

Fulhem – Vulverhempton 0:1
Qol
: Traore, 90+2.

10 aprel

Mançester Siti – Lids 1:2
Qol
: F.Torres, 76 – Dallas, 42; 90+1.

Liverpul – Aston Villa 2:1
Qol
: Salah, 57. Aleksander-Arnold, 90+1 – Uotkins, 43.

Kristal Pelas – Çelsi 1:4
Qol
: Benteke, 63 – Haverts, 8. Pulişiç, 10; 78. Zuma, 30.

11 aprel

Bernli – Nyukasl 1:2
Qol
: Vidra, 18 – Mörfi, 59. Sent-Maksimin, 64.

Vest Hem – Lester Siti 3:2
Qol
: Linqard, 29; 44. Bouen, 48 – İheanaço, 70; 90+1.

Tottenhem – Mançester Yunayted 1:3
Qol
: Son, 40 – Fred, 57. Kavani, 79. Qrinvud, 90+6.

Şeffild Yunayted – Arsenal 0:3
Qol
: Lakazette, 33; 85. Martinelli, 72.

12 aprel

Vest Bromviç – Sauthempton 3:0
Qol
: M.Pereyra, 32-pen. Filips, 35. Robinson, 69.

Brayton – Everton 0:0

Bombardir: Harri Keyn (Tottenhem) – 19 qol.