“Çelsi” “Tottenhem”ə qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Uotford” doğma meydanda “Norviç”i qəbul edib. Qonaqlar bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.

“Mançester Yunayted” bu turda “Vest Hem”lə üz-üzə gəlib və son dəqiqə qolu ilə qalib gəlib. Lider “Mançester Siti” “Sauthempton”la səfər oyunundan xal itkisi ilə ayrılıb.

“Liverpul” “Kristal Pelas” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşü Londonda keçirilib. Son turlarda uğursuz çıxış edən “Çelsi” doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib və 2 cavabsız qola sevinib.

İngiltərə Premyer Liqası, 23-cü tur

21 yanvar

Uotford – Norviç 0:3
Qol
: Sargent, 51; 74. Kuçka, 90+2-öz qapısına.

22 yanvar

Everton – Aston Villa 0:1
Qol
: Buendla, 45+3.

Brentford – Vulverhempton 1:2
Qol
: Toni, 71 – Moutinyo, 48. Neves, 78.

Lids – Nyukasl 0:1
Qol
: Şelvi, 78.

Mançester Yunayted – Vest Hem 1:0
Qol
: Reşford, 90+3.

Sauthempton – Mançester Siti 1:1
Qol
: Uolker-Peters, 7 – Laporte, 65.

23 yanvar

Arsenal – Bernli 0:0

Kristal Pelas – Liverpul 1:3
Qol
: Eduard, 55 – Van Dayk, 8. Oksleyd-Çemberleyn, 32. Fabinyo, 89-pen.

Lester – Brayton 1:1
Qol
: Daka, 46 – Uelbek, 82.

Çelsi – Tottenhem 2:0
Qol
: Ziyex, 47. T.Silva, 55.

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 16 qol.