“Arsenal”dan darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib. Açılış matçında “Vulverhempton” “Vest Bromviç”i qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.

“Çelsi” bu turda səfərdə “Fulhem”lə qarşılaşıb və minimal hesabla üstün olub.

Son turda “Brayton”u məğlub edən “Mançester Siti” bu dəfə “Kristal Pelas”ı sınağa çəkib və darmadağına sevinib. “Tottenhem” isə səfərdə “Şeffild Yunayted” üzərində inamlı qələbə qazanıb.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Son çempion “Liverpul” doğma meydanda lider “Mançester Yunayted”lə qarşılaşıb. Tərəflər bu oyunda qapılara yol tapa bilməyiblər.

“Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib. London təmsilçisi ev oyununda darmadağına sevinib.

19-cu turun “Aston Villa” – “Everton” matçı təxirə salınıb.

İngiltərə Premyer Liqası, 19-cu tur

16 yanvar

Vulverhempton – Vest Bromviç 2:3
Qol
: Silva, 38. Boli, 43 – Pereyra, 8-pen; 56-pen. Ajayi, 52.

Lids – Brayton 0:1
Qol
: Maupay, 17.

Vest Hem – Bernli 1:0
Qol
: Antonio, 9.

Fulhem – Çelsi 0:1
Qol
: Maunt, 78.

Lester – Sauthempton 2:0
Qol
: Meddison, 37. Barnes, 90+5.

17 yanvar

Şeffild Yunayted – Tottenhem 1:3
Qol
: Makqoldrik, 59 – Orye, 5. Keyn, 40. Ndombele, 62.

Liverpul – Mançester Yunayted 0:0

Mançester Siti – Kristal Pelas 4:0
Qol
: Stounz, 26; 68. İ.Gündoğan, 56. Sterlinq, 88.

18 yanvar

Arsenal – Nyukasl 3:0
Qol
: Obameyanq, 50; 77. Saka, 60.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.