Bu gün Basketbol Liqasının qalibi bəlli ola bilər

Bu gün Azərbaycan Basketbol Liqasının çempionu bəlli ola bilər.

Komanda.az xəbər verir ki, “Gəncə” və “Sabah” komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzindəki oyun saat 19:30-da başlayacaq.

Hazırda ümumi hesabda “Sabah” 2:1 ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə çempion olacaq. “Gəncə” qalib gələcəyi təqdirdə beşinci matç gerçəkləşəcək.

Daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button