“Neftçi” qış çempionu, “Qarabağ” 2-ci oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bugünkü qarşılaşmalarla ölkə çempionatında 2020-ci ilə yekun vurulyb.

Son çempion “Qarabağ” ilin sonuncu tur çərçivəsində Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”ni sınağa çəkib. Məhsuldar alınan matç Ağdam klubunun əzmkar qələbəsiylə yekunlaşıb.

Ötən turda səfərdə “Keşlə”ni məğlub edən “Səbail” bu dəfə “Qəbələ” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda əyalət təmsilçisi qələbə qazanan tərəf olub.

Geridə qalan 12 turda 8 məğlubiyyəti olan “Sabah” klubu səfərdə mövsümün uğurlu komandalarından olan “Sumqayıt”la üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Turun son matçında isə lider “Neftçi” “Keşlə”ni qəbul edib. “Ağ-qaralar” bu oyunda qələbə qazanaraq, qış çempionu olub.

Premyer Liqada növbəti turun oyunları 2021-ci ilin yanvarında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 13-cü tur

24 dekabr

Səbail – Qəbələ 1:3
Qol: Turan Manafov, 52 – Ülvi İsgəndərov, 20. Asif Məmmədov, 27. Ceyms Adeniyi, 90+2.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”

Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov
Məşqçi: Emin Ağayev

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
______________________________________________________________________________

Sumqayıt – Sabah 1:2
Qol: Xəyal Nəcəfov, 31 – Slavik Alxasov, 25. Aleksey İsayev, 65-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 21. Adəm Həmati, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 9. Əli Qurbani, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev
Məşqçi: Elnur Çodarov

Sabah: 12. Alvaro Villete, 7. Coşqun Diniyev (k), 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez


______________________________________________________________________________

Qarabağ – Zirə 3:2
Qol: Mahir Emreli, 58. Ovusu Kvabena, 82; 89 – Ağabala Ramazanov, 2. Lazar Corceviç, 47.
Qırmızı vərəqə
: Kevin Medina, 90+2 – Dmitrios Çantakias, 75 (ikinci sarı).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 77. Donald Qerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 9. Davit Volkov, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________

Neftçi – Keşlə 2:1
Qol
: Mirabdulla Abbasov, 65; 81 – Rəhman Hacıyev, 68.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
8-ci km stadionu

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison Dias.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 4. Rener Alves, 10. Saman Nərimancahan, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 10. Sezar Meza Kolli, 19. Azər Salahlı, 20. Rail Məlikov, 25. Con Kamara, 48. Dmitro Klots, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Rəşad Sadiqov, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov, 27. Əkpər Vəliyev, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov, 99. Rafael Məhərrəmli.
Məşqçi: Zaur İsmayılov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button