“Sumqayıt” 1600, “Keşlə” 800 manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.