“Meydana çıxmaq üçün səbirsizlənirəm” – “Turan Tovuz”un yeni transferi

“Turan Tovuz”un yeni transferi Divayn Naa klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, qanalı yarımmüdafiəçi yüksək səviyyəli qarşılanmaya görə hər kəsə təşəkkürünü bildirib:

“Bu forma ilə meydana çıxmaq üçün səbirsizlənirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam”.

27 yaşlı oyunçu “Turan Tovuz”a faydalı olacağına inanır:

“Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostum var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim”.

Divayn Naa Tovuz təmsilçisi ilə 3 ay+1 il müddətinə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button