
“Bu, bizim son şansımızdır” – İtaliya millisinin sabiq futbolçusu
İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi dünya çempionatının pley-off püşkatmasının nəticələrini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolda zəif rəqiblərin olmadığını söyləyib:
“Futbolda asan oyunlar və ya rəqiblər yoxdur. Amma bu, bizim son şansımızdır, biz artıq iki dəfə dünya çempionatını qaçırmışıq. Özümüzü hazırlamalı və çətin sınaqlara hazırlaşmalıyıq”.
İtaliya millisi 4 dəfə dünya çempionatını qazanıb, sonuncu dəfə isə bu, 2006-cı ildə baş verib. Komanda pley-off mərhələsində Şimali İrlandiya millisiylə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



