Ronaldo Messini seçdi

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim edib.

Komanda.az “Mail Sport Football”-a istinadən xəbər verir ki, keçmiş brazilyalı hücumçu tərəddüd etmədən argentinalını seçdiyini bildirib:

“Ronaldo, yoxsa Messi? Tərəddüdsüz argentinalı”.

Eyni zamanda, o, Paolo Maldinini ən yaxşı müdafiəçi, Kilian Mbappeni isə hazırda ən yaxşı hücumçu adlandırıb.

Həmçinin, 47 yaşlı braziliyalı bütün dövrlərin simvolik komandasını da açıqlayıb: Canluici Buffon, Kafu, Paolo Maldini, Fabio Kannavaro, Roberto Karlos, Zinəddin Zidan, Dieqo Maradona, Pele, Lionel Messi, Ronaldo, Kriştiano Ronaldo.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button