
Braziliyalı futbolçu “Beşiktaş”dan ayrılıb
“Atletiko”nun və “Arsenal”ın sabiq müdafiəçisi Qabriel Paulista “Beşiktaş”ı tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
35 yaşlı futbolçu hazırda başqa klubla danışıqlar aparır və karyerasını Braziliyada davam etdirmək variantı gündəmdədir. Paulista Avropada “Vilyarreal”, “Valensiya”, “Atletiko” və “Arsenal” kimi klublardakı çıxışı ilə tanınıb.
Braziliyalı müdafiəçi 2024-cü ildən “Beşiktaş”ın formasını geyinirdi. O, İstanbul klubu ilə birlikdə Türkiyə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



