Tənqidlərə cavab verdi – DÇ-2022-yə aparılan futbolçu

“Arsenal”ın hücumçusu Qabriel Martinelli DÇ-2022 üçün Braziliya millisinə dəvət edilməsi ilə bağlı tənqidlərə cavab verib.

Komanda.az “Mirror”a istinadən xəbər verir ki, gənc futbolçu DÇ-2022-ni böyük təcrübə adlandırıb:

“Məncə, yaxşıdır. Braziliyada bəzi insanlar məni tanımır və digər oyunçuların heyətdə olmağa layiq olduğunu söyləmələri də normaldır. Mən bu barədə olduqca rahatam.

Klubda nə etdiyimi, bacarıqlarımı bilirəm. Əmin ola bilərsiz ki, Braziliya millisi üçün əlimdən gələni edəcəm. Bu, mənim üçün böyük təcrübə olacaq”.

Martinelli 2019-cu ildən “Arsenal”da çıxış edir. Braziliyalı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button