“Messinin tarixin ən yaxşı futbolçusu olduğunu deməzdim” – Ronaldinyo

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo “Barselona”nın kapitanı Lionel Messi haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan Ronaldinyo, argentinalı hücumçunun öz dövrünün ən yaxşısı olduğunu deyib:

“Messinin adına xoşbəxtəm, 6-cı dəfə “qızıl top”u qazandı. O mənim dostumdur və eyni zamanda da “Barselona”nı təmsil edir. Futbol tarixinin ən yaxşısının kim olduğuyla bağlı müqayisə etməyi xoşlamıram. Dieqo Maradona, Pele, Ronaldo (braziliyalı) var. Messinin tarixin ən yaxşı futbolçusu olduğunu deməzdim. O sadəcə öz dövrünün ən yaxşısıdır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button