“O, “qızıl top”u qazanmaq üçün hər şeyə sahibdir” – Kafu

Braziliya millisinin sabiq futbolçusu Kafu “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş cinah müdafiəçisi Aleksanderin “qızıl top”u qazanmağa layiq olduğunu deyib:

“Düşünürəm ki, Trent dünyanın ən yaxşı futbolçularından biridir. Onun mənimlə eyni xüsusiyyətlərə malik olduğunu deyə bilərəm. Gülcü və istedadlı futbolçudur. Səhv etsə belə, dayanmamalıdır. O, “qızıl top”u qazanmaq üçün hər şeyə sahibdir. Hücumçular hər zaman dünyanın ən yaxşısı olur, ancaq bunu dəyişməliyik. Müdafiəçilər hücumçular qədər əhəmiyyətlidir”.